Seninem.Az > Kriminal / Manşet Yuxarı > Bakıda maskalı şəxslər şirkətə basqın edib
Bakıda maskalı şəxslər şirkətə basqın edibTarix: 19-02-2022, 11:01. Müəllif: admin |
Suraxanı qəsəbəsi ərazisində yerləşən şirkətlərdən birində oğurluq hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən "Leqal.info"ya verilən məlumata görə, Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə fevralın 13-də saat 5 radələrində şirkətlərdən birinin həyətinə girən 2 maskalı şəxsin oradakı traktorun hissələrini söküb apararkən nəzarətçi, Bakı şəhər sakini C.Muxtarovu bıçaqla hədələyərək getmələri barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuşlar - P.Abdullayev və C.Abdullayev müəyyən edilərək saxlanılıblar. Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır. Geri Qayıt |