Seninem.Az > Kriminal / Manşet Yuxarı > Bakıdan Qusara istirahətə gedən 13 yaşlı oğlan dağdan yıxılaraq ölüb
Bakıdan Qusara istirahətə gedən 13 yaşlı oğlan dağdan yıxılaraq ölübTarix: 6-12-2021, 11:00. Müəllif: admin |
Qusar rayonunda yeniyetmə oğlan faciəvi şəkildə ölüb. Leqal.info-nun əldə etdiyi məlumata görə, hadisə dekabrın 5-i saat 16 radələrində rayonun Laza kəndi ərazisində qeydə alınıb. Belə ki, yaxınları ilə birlikdə istirahətə gedən 2008-ci il təvəllüdlü Rüstəmli Nihad Niyaz oğlu dağdan yıxılaraq ölüb. Onun meyiti ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Geri Qayıt |