Seninem.Az > Kriminal / Manşet Yuxarı > Azərbaycanda polis ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölüb

Azərbaycanda polis ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölüb


Tarix: 25-11-2021, 15:19. Müəllif: admin
Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşı ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölüb.

Bu barədə Leqal.info-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis baş serjantı Rahib Mütəllimov xidmətdə olarkən ona təhkim olunan xidməti silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb.

Xəsarət alan R.Mütəllimov hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt