Seninem.Az > Kriminal / Manşet Yuxarı > Dövlət Komitəsinin Aparat rəhbəri koronavirusdan vəfat edib
Dövlət Komitəsinin Aparat rəhbəri koronavirusdan vəfat edibTarix: 13-09-2021, 14:27. Müəllif: admin |
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Alim Süleymanov vəfat edib. Leqal.info-nun əldə etdiyi məlumata görə, o, 66 yaşında koronavirusdan dünyasını dəyişib. Qeyd edək ki, A.Süleymanov 1955-ci ilin sentyabrın 22-də Zəngilan rayonunda anadan olub. O, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib və universitetin aspiranturasında təhsil alıb. 2014-2015-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Ümumi şöbənin müdiri vəzifəsində çalışıb. 2015-ci ilin iyul ayından Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Aparat rəhbəri idi. Geri Qayıt |