Seninem.Az > Kriminal / Manşet Yuxarı > Xocavənddə polislər bomba aşkarlayıb
Xocavənddə polislər bomba aşkarlayıbTarix: 24-08-2021, 12:30. Müəllif: admin |
Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən partlamamış sursatların aşkar edilməsi istiqamətində profilaktiki tədbirlər mütəmadi olaraq davam etdirilir. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Leqal.info-ya verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşları xidməti fəaliyyətini yerinə yetirərkən rayonun işğaldan azad edilmiş Hadrut qəsəbəsi ərazisindəki evlərdən birinin həyətində “M-85” markalı bomba aşkar ediblər. Həmin ərazi dərhal nəzarətə götürülüb və aşkar edilmiş partlayıcı vasitənin zərərsizləşdirilməsi üçün Minatəmizləmə Agentliyinin əməkdaşlarına məlumat verilib. Bomba zərərsizləşdirildikdən sonra ərazinin təhlükəsizliyi təmin edilib. Geri Qayıt |