Seninem.Az > Kriminal / Manşet Yuxarı > Samur-Abşeron kanalında 23 yaşlı gənc boğulub
Samur-Abşeron kanalında 23 yaşlı gənc boğulubTarix: 21-07-2021, 13:30. Müəllif: admin |
Samur-Abşeron su kanalında 23 yaşlı gənc boğulub. Leqal.info bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə, Samur-Abşeron su kanalının Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfərin suda batması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1998-ci il təvəllüdlü Nurəlizadə Güləli Emin oğlunun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Geri Qayıt |