Seninem.Az > Kriminal / Manşet Yuxarı > İki əsgərimiz Suqovuşanda minaya düşdü

İki əsgərimiz Suqovuşanda minaya düşdü


Tarix: 6-04-2021, 23:36. Müəllif: admin
İtkin düşmüş hərbi qulluqçularımızın axtarışı zamanı baş verən mina partlayışında iki hərbçimiz xəsarət alıb.

Bu barədə Leqal.info-ya Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, Vətən müharibəsi zamanı itkin düşmüş hərbi qulluqçularımızın Suqovuşan yaşayış məntəqəsi istiqamətində aprelin 6-sı günorta saatlarında keçirilən axtarışları zamanı düşmən tərəfindən basdırılmış piyada əleyhinə mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər Əliyev Pünhan Şaban oğlu və əsgər Bəxtiyar İlqaroğlu xəsarət alıb, həyatları üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt