Seninem.Az > Kriminal / Manşet Yuxarı > Cəbrayıl sakini minaya düşdü
Cəbrayıl sakini minaya düşdüTarix: 25-02-2021, 16:00. Müəllif: admin |
Fevralın 25-də saat 14 radələrində Cəbrayıl rayon sakini 1964-cü il təvəllüdlü Mirzəliyev Güloğlan İmran oğlunun işğaldan azad edilmiş Cəbrayıl rayonun Mehdili kəndi ərazisində minaya düşərək xəsarətlər alması barədə Cəbrayıl rayon prokurorluğuna məlumat daxil olub. Cəbrayıl rayon prokurorluğundan Leqal.info-ya verilən məlumata görə, araşdırmalarla Güloğlan Mirzəliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib. Faktla bağlı Cəbrayıl rayon prokurorluğu tərəfindən araşdırma aparılır. Geri Qayıt |