Seninem.Az > Kriminal / Manşet Yuxarı > Daha bir hərbçimizin şəhid xəbəri gəldi

Daha bir hərbçimizin şəhid xəbəri gəldi


Tarix: 16-02-2021, 18:10. Müəllif: admin
Vətən müharibəsində itkin düşən Müddətdən Artıq Hərbi Qulluqçu, kiçik çavuş Anar Siyavuş oğlu Nurullayevin şəhid olduğu müəyyənləşib.

Bu barədə “Qafqazinfo”ya şəhidin əmisi Ziya Nurullayev məlumat verib. O qeyd edib ki, hərbçi sabah doğulduğu kənddə torpağa tapşırılacaq: “Bizə Müdafiə Nazirliyindən məlumat verilib ki, şəhidimizin nəşi bu gün Sabirabad rayonuna göndəriləcək. Sabah saat 14:00-da isə doğulduğu Osmanlı kəndində dəfn olunacaq”.

Z. Nurullayevin sözlərinə görə, qardaşı oğlu müharibənin ilk günlərindən ön cəbhədə xidmət edib. Goranboy istiqamətində döyüşlərdə iştirak edən hərbçidən sentyabrın 30-dan bəri xəbər olmayıb. Şəhidin kimliyinin müəyyənləşdirilməsi üçün ailəsindən DNT analizi götürülmüşdü.

Qeyd edək ki, Anar Nurullayev 2001-ci ildə Sabirabad rayonunun Osmanlı kəndində dünyaya gəlib.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt