Seninem.Az > Kriminal / Manşet Yuxarı > Bakıda avtomobili yüksək sürətlə idarə edən qadın saxlanılıb

Bakıda avtomobili yüksək sürətlə idarə edən qadın saxlanılıb


Tarix: 7-07-2020, 19:47. Müəllif: admin
Sosial şəbəkələrdə 90 PB 038 dövlət nömrə nişanlı, "KIA Optima" markalı avtomobilin sürücüsü 60 km/saat nəzərdə tutulmuş yolda 120-180 km/saat sürətlə hərəkət edərək video çəkib, daha sonra onu yayımlayıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov "Leqal.info"ya bildirib ki, süjetlə bağlı ətraflı araşdırılma aparılıb, inzibati xəta tərkibi yarandığı öz təsdiqini tapıb.

Pəri Kərimli kimi tanınan Pərvanə Qafarlı saxlanılıb: "Onunla söhbət zamanı törətdiyi inzibati xətanı etiraf edib. Onun barəsində müvafiq olaraq tədbir görülüb".скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt