Seninem.Az > Kriminal > Bakıda 24 yaşlı qız 3-cü plastik əməliyyatda öldü
Bakıda 24 yaşlı qız 3-cü plastik əməliyyatda öldüTarix: 12-05-2020, 12:21. Müəllif: admin |
Bakıda 24 yaşlı qız plastik əməliyyat zamanı ölüb. Leqal.info xəbər verir ki, hadisə mayın 11-i "Baku Medical Plaza"da baş verib. 1996-cı il təvəllüdlü Turanə Musazadə klinikaya müraciət edərək xarici görünüşündən narazı olduğunu bildirib. O, müayinə edilərək əməliyyata alınıb. T.Musazadə plastik cərrahiyyə əməliyyatı zamanı vəfat edib. Hüquq-mühafizə orqanları tərəfindən meyitə baxış keçirilib, məhkəmə tibb ekspertizası təyin edilib. Məlumata görə, T.Musazadə bundan öncə də 2 dəfə plastik əməliyyat keçirib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Geri Qayıt |