Seninem.Az > İqtisadiyyat / Manşet Yuxarı > Azərbaycan tütün ixracını 26%-dən çox artırıb
Azərbaycan tütün ixracını 26%-dən çox artırıbTarix: 17-06-2019, 18:10. Müəllif: admin |
Bu ilin yanvar-may aylarında Azərbaycana 39 945,24 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib. Dövlət Gömrük Komitəsindən (DGK) "Leqal.info"ya verilən məlumata görə, bu, 2018-cı ilin eyni dövrü ilə müqayisədə 8 017,04 min dollar və yaxud 16,72% azdır. Beş ay ərzində tütün və tütün məmulatlarının idxalı ümumi idxalın 1,24%-ni təşkil edib. Hesabat dövründə Azərbaycandan 6 379,95 min dollarlıq tütün və onun sənaye əvəzediciləri ixrac edilib ki, bu da illik müqayisədə 1 337,12 min dollar və yaxud 26,52% çoxdur. Tütün və tütün əvəzedicilərinin ixracı ümumi ixracın 0,68%-nə bərabər olub. Geri Qayıt |