Seninem.Az > İqtisadiyyat / Manşet Yuxarı > Qida Təhlükəsizliyi Agentliyinin adından istifadə edənlərin sayı 6-ya çatıb

Qida Təhlükəsizliyi Agentliyinin adından istifadə edənlərin sayı 6-ya çatıb


Tarix: 15-05-2019, 11:51. Müəllif: admin
"İndiyə qədər özünü Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı kimi təqdim edən və qurumun adından istifadə edən 6 nəfər aşkar olunub".

“Leqal.info” xəbər verir ki, bu barədə agentliyin sədri Qoşqar Təhməzli məlumat verib.

“Həmin şəxslərə cinayət işi açılıb və həbs ediliblər. Bu kimi hallarla bağlı agentliyə müraciətlərin sayı artmaqdadır və hüquq-mühafizə orqanları bu istiqamətdə lazımi tədbirlər görür”, - o deyib.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt