Seninem.Az > İqtisadiyyat / Manşet Yuxarı > Bakının iki mərkəzi küçəsində xətlərin yenidən rənglənməsi işləri aparılacaq

Bakının iki mərkəzi küçəsində xətlərin yenidən rənglənməsi işləri aparılacaq


Tarix: 24-02-2019, 12:13. Müəllif: admin
Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları xahiş edilir

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Neftçilər prospektinin Rixard Zorge küçəsi ilə kəsişməsindən Yusif Səfərov küçəsi ilə kəsişməsinədək, həmçinin Yusif Səfərov küçəsinin Heydər Əliyev prospektinə doğru olan hissəsində bu gecə saat 22:00-dan səhər saatlarınadək üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Leqal.info “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

"Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur", - deyə məlumatda bildirilir.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt