Seninem.Az > İqtisadiyyat / Manşet Yuxarı > Heydər Əliyev prospektinin köməkçi yolunda hərəkət qısa müddətə məhdudlaşdırılır

Heydər Əliyev prospektinin köməkçi yolunda hərəkət qısa müddətə məhdudlaşdırılır


Tarix: 13-02-2019, 18:41. Müəllif: admin
Bakının Heydər Əliyev prospektinin köməkçi yolunda hərəkət qısa müddətlik məhdudlaşdırılır.

Leqal.info bildirir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Report”a verilən məlumata görə, Bakı şəhəri, Heydər Əliyev prospektində yeraltı piyada keçidinin tikintisi ilə əlaqədar olaraq, bu gün saat 23:00-dan etibarən Koroğlu metrostansiyasından şəhər istiqamətinə doğru prospektin köməkçi yolunda hərəkət qısa müddətlik məhdudlaşdırılır.

Avtonəqliyyat vasitələrinin hərəkəti bu zaman köməkçi yoldan əsas yola istiqamətləndiriləcək.

“Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik, sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edirik”, deyə məlumatda deyilir.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt