Seninem.Az > İqtisadiyyat / Manşet Yuxarı > Azərbaycanla Rusiya yüklərin rahat daşınması üçün birgə işləyir
Azərbaycanla Rusiya yüklərin rahat daşınması üçün birgə işləyirTarix: 8-02-2019, 17:21. Müəllif: admin |
Azərbaycan və Rusiya yüklərin rahat daşınması istiqamətində birgə işlər həyata keçirir. Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Samur çayı üzərində tikilməkdə olan avtomobil körpüsünə baxış zamanı jurnalistlərə deyib. Nazir bildirib ki, Azərbaycan-Rusiya əlaqələri yüksək səviyyədə inkişaf edir: "Əlaqələrin inkişafı bütün sahələrdə, əsasən də siyasi münasibətlərdə müşahidə edilir. Qeyri-neft sahəsi üzrə Rusiya Azərbaycanın əsas tərəfdaşıdır. Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi ilbəil artmaqdadır. Əvvəlki illərə nisbətən bu göstərici 20 %-ə qədər artıb. Biz hesab edirik ki, potensial daha yüksəkdir və gələcəkdə ticarət dövriyyəsinin artırılması üçün işlər görülür". Ş.Mustafayev qeyd edib ki, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı da məhz ixracata hesablanıb: "Bu baxımdan malların, yüklərin rahat daşınması üçün Azərbaycan Rusiya ilə birgə tədbirlər görür". Geri Qayıt |