Seninem.Az > İqtisadiyyat / Manşet Yuxarı > Hava Limanı-Bilgəh yolunda sürət həddi 20 km/saat endirilib
Hava Limanı-Bilgəh yolunda sürət həddi 20 km/saat endirilibTarix: 3-01-2019, 18:00. Müəllif: admin |
Bakı Nəqliyyat Agentliyi (BNA ) Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında bütün zolaqlar üzrə sürət həddini 20 km/saat endirib. Bu barədə “Leqal.info”ya BNA-dan bildirilib. Məlumata görə, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq, Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir. BNA sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edir: “Eyni zamanda piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik”. Geri Qayıt |