Seninem.Az > İqtisadiyyat / Manşet Yuxarı > Bu gündən retro vaqonların qoşulduğu iki qatar müəyyən edilmiş qrafiklə xəttə çıxarılıb
Bu gündən retro vaqonların qoşulduğu iki qatar müəyyən edilmiş qrafiklə xəttə çıxarılıbTarix: 29-12-2018, 11:00. Müəllif: admin |
Bu gündən "Bakı Metropoliteni" QSC-nin sərnişinlərinə yeni il sürprizlərindən biri olan retro vaqonların qoşulduğu iki qatar müəyyən edilmiş qrafiklə xəttə çıxarılıb. Bu barədə “Report”a "Bakı Metropoliteni" QSC-dən bildirilib. Məlumata görə, qatarlardan birinə "A", digərinə "Q" tipli vaqon qoşulub. Qatarlardan biri səhər saat 10:40-da, digəri isə 17:30 da xətdə olacaq və Qırmızı xətt ("İçərişəhər-Həzi Aslanov") üzrə hərəkət edəcək. Qeyd edək ki, retro vaqonların qoşulduğu iki qatar yanvarın 2-dək müəyyən edilmiş qrafiklə xəttdə çıxarılacaq. Geri Qayıt |