Seninem.Az > İqtisadiyyat / Manşet Yuxarı > Dövlət orta sinifə aid fermer təsərrüfatlarının inkişafında maraqlı olmalıdır

Dövlət orta sinifə aid fermer təsərrüfatlarının inkişafında maraqlı olmalıdır


Tarix: 20-11-2018, 11:36. Müəllif: admin
“Azərbaycanda fermerlərin əsas problemlərindən biri onların pay torpaqlarının 5 hektardan az olmasıdır. Bu, istehsal edilən məhsulun həcminə və keyfiyyətinə mənfi təsir edir”.

“Leqal.info” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dünya Bankının "Azərbaycanda Milli Kənd Təsərrüfatı Sektorunda Risklərin Qiymətləndirilməsi" adlı araşdırmasının rəhbəri Sandra Broka deyib.

Onun sözlərinə görə, banklar belə sahibkarlara kredit verməkdən çəkinir: "Torpaq sahəsi kiçik olanda iqlim dəyişikliklərinə qarşı yeni texnologiyaların tətbiqi də fermerlər üçün çətin olur. Təbii ki, bank sektoru kiçik torpaq sahəsi olan fermerlərə vəsait ayarmaqda maraqlı deyil. Dövlət orta sinifə aid fermer təsərrüfatlarının inkişafında maraqlı olmalıdır. Biz bunu peşəkar səviyyədə idarəçiliyin tətbiq olunduğu kommersiya yönümlü ailə fermaları formasında görürük. Nəticə etibarı ilə fermerlər bir-biri ilə əməkdaşlıq edə biləcək ki, bu da məhsulun həcminin və keyifyyətinin artmasına təsir edəcək”.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt