Seninem.Az > İqtisadiyyat / Manşet Yuxarı > "EXPO 2025" sərgisinin keçiriləcəyi şəhərin SEÇİM TARİXİ açıqlanıb
"EXPO 2025" sərgisinin keçiriləcəyi şəhərin SEÇİM TARİXİ açıqlanıbTarix: 10-11-2018, 12:14. Müəllif: admin |
"EXPO 2025" sərgisinin keçiriləcəyi şəhərin seçilməsi barədə yekun qərar noyabrın 23-ü Parisdə Beynəlxalq Sərgi Bürosunun (BIE) 164-cü Baş Assambleyasında qəbul olunacaq. Leqal.info xəbər verir ki, bu barədə Trend-ə Bürodan deyiblər. Qeyd olunub ki, Baş Assambleyaya qədər BIE nümayəndələrinin namizəd şəhərlərə səfərləri planlaşdırılmır: “Oktyabrın əvvəlində hər namizəd Parisdə tematik seminarlar keçirib. Azərbaycan tərəfinin seminarı oktyabrın 4-ü, Yaponiyanın oktyabrın 9-u, Rusiyanın seminarı isə oktyabrın 25-i keçirilib”. Qeyd edək ki, "EXPO 2025" sərgisinin keçirilməsi üçün namizədlər Bakı, Osaka və Yekaterinburq şəhərləridir. Azərbaycan 18 il ərzində 6 "EXPO" sərgisində öz pavilyonları ilə təmsil olunub və 3 mükafat qazanıb. Bakının namizədliyi seçiləcəyi təqdirdə sərgi 2025-ci il mayın 10-dan noyabrın 10-dək keçiriləcək və altı ay davam edəcək. Növbəti "EXPO" sərgisi 2020-ci il oktyabrın 20-dən 2021-ci il aprelin 10-dək Dubayda keçiriləcək. Geri Qayıt |