Seninem.Az > İqtisadiyyat / Media / Manşet Yuxarı > Azər Türk Bank-dan mətbuat işçiləri üçün kampaniya
Azər Türk Bank-dan mətbuat işçiləri üçün kampaniyaTarix: 23-07-2018, 18:53. Müəllif: admin |
Azər Türk Bank Milli Mətbuat Günü münasibətilə 22 iyul tarixindən etibarən məxsusi mətbuat işçiləri üçün “İsti xəbərimiz var!” adlı kampaniyaya başlayır. Kampaniyanın şərtlərinə uyğun olaraq, 12 aydan artıq müddətə istehlak krediti götürən kütləvi informasiya vasitələrinin nümayəndələrinə faizlərdə 1,5% endirim ediləcəkdir. Bundan əlavə, həmin şəxslərə bir illik xidmət müddətli MasterCard Gold debit kartı Bank tərəfindən hədiyyə ediləcəkdir. Kampaniyanın müddəti 1 avqust tarixinədəkdir. Valyuta Müddətlər 12 aya 24 aya 36 aya 48 aya qədər qədər qədər qədər Mövcud şərtlər AZN 19% 23% 25% 27% Kampaniya şərtləri 19% 21.50% 23.50% 25.50% Daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz. Geri Qayıt |