Seninem.Az > İqtisadiyyat / Manşet Yuxarı > Rusiyanın "Metrovaqonmaş" şirkəti "Moskva" seriyasından ilk metro qatarını Bakıya yola salıb
Rusiyanın "Metrovaqonmaş" şirkəti "Moskva" seriyasından ilk metro qatarını Bakıya yola salıbTarix: 21-03-2018, 19:47. Müəllif: admin |
Rusiyanın "Metrovaqonmaş" Açıq Səhmdar Cəmiyyəti Azərbaycana "Moskva" seriyasından ilk metro qatarını yola salıb. Trend-in məlumatına görə, bu barədə Səhmdar Cəmiyyətinin yaydığı məlumatda deyilir. Rusiyanın"Transmaşholdinq"in tərkibinə olan ASC "Metrovaqonmaş" şirkətinin Azərbaycana "81-765/766" modelində 5 vaqondan ibarət iki metro qatarı satmasını nəzərdə tutan müqavilə 16 fevral 2018-ci ildə imzalanıb. İkinci qatarın bu ilin aprel ayında Bakıya çatdırılması nəzərdə tutulur. Vaqonların istismar müddəti 31 ildir. Geri Qayıt |