Seninem.Az > İqtisadiyyat > Bayıldakı sürüşmə ərazisində yerləşən evlərin sahəsi və qeydiyyatda olanların sayı dəqiqləşdirilir
Bayıldakı sürüşmə ərazisində yerləşən evlərin sahəsi və qeydiyyatda olanların sayı dəqiqləşdirilirTarix: 26-01-2018, 15:23. Müəllif: admin |
|
Bayıldakı sürüşmə ərazisində yerləşən evlərə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət agentliyinin Azərinşaat Layihə İnstitutu tərəfindən baxış keçrilir. Leqal.info-nun "Report"a istinadən məlumatına görə, hazırda ərazidəki evlərin ünvan və nömrələrinin dəqiqləşdirilməsi işi aparılır. Artıq 30 dan çox evdə bu işlər yekunlaşıb. Bundan əlavə, evlərin otaq sayı, o cümlədən həmin evdə daimi yaşayan şəxslərin kimliyinin dəqiqləşdirilməsi işi həyata keçirilir. Azərinşaat Layihə İnstitutu əməkdaşlarının verdiyi məlumata görə, sürüşmə ərazisində yerləşən və təhlükəli hesab olunan 250-yə yaxın evin qeydiyatı bir neçə gün ərzində yekunlaşacaq. Qeyd edək ki, bu ərazidən insanların köçürülməsi artıq yekunlaşıb. Lakin əksər evlərdən əşyalar hələ də çıxarılmayıb. ![]() ![]() ![]() ![]() ![]() ![]()
Geri Qayıt |