Seninem.Az > İqtisadiyyat > Azərbaycanda şirkətlərin yarıdan çoxu maaşın hesablanmasında inflyasiyanı nəzərə almır
Azərbaycanda şirkətlərin yarıdan çoxu maaşın hesablanmasında inflyasiyanı nəzərə almırTarix: 17-11-2017, 12:49. Müəllif: admin |
"Deloitte Azerbaijan" audit şirkətinin keçirdiyi sorğuya əsasən, respondentlərin (şirkət rəhbərləri və nümayəndələri) 58%-i əmindir ki, işçilərinin sayı indiki səviyyədə qalacaq. Sorğunun nəticələri "APA-Economics"ə təqdim olunub. Nəticələr göstərir ki, respondentlərin 21%-i işçilərinin sayının 10% artacağını proqnozlaşdırdığı halda, digər 21%-i personalın 6% azalacağına əmindir. Sorğu iştirakçılarının 42%-i orta aylıq əmək haqqının artacağına arxayındır. Onların fikrincə, artım 6% səviyyəsində olacaq. Aparılan sorğu üzə çıxarıb ki, şirkətlərin 58%-i əmək haqqının hesablanması zamanı inflyasiya amilini nəzərə almır. "Bu isə işçilərin real gəlirlərinin azalması ilə nəticələrin", - deyə sənəddə vurğulanır. Leqal.info Geri Qayıt |