Seninem.Az > İqtisadiyyat > “Başak-İnam” sığorta şirkətinin lisenziyası ləğv edilib
“Başak-İnam” sığorta şirkətinin lisenziyası ləğv edilibTarix: 6-10-2017, 18:30. Müəllif: admin |
Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 06 oktyabr 2017-ci il tarixli qərarına əsasən “Başak-İnam Sığorta Şirkəti” ASC-yə sığorta fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edilib. Leqal.info xəbər verir ki, Palatadan “APA-Economics”ə verilən məlumata görə, bu barədə qərar “Başak-İnam Sığorta Şirkəti” ASC-nin 2017-ci ildə təqdim edilmiş hesabatlarına əsasən onun məcmu kapitalının qanunvericiliklə müəyyən olunmuş səviyyədən aşağı olmasına görə qəbul edilib. 06 oktyabr 2017-ci il tarixdən lisenziyası ləğv olunmuş “Başak-İnam Sığorta Şirkəti” ASC-yə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müvəqqəti inzibatçısı təyin edilib. Geri Qayıt |