Seninem.Az > İqtisadiyyat > Qurban bayramı günlərində banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Qurban bayramı günlərində banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəkTarix: 28-08-2017, 17:45. Müəllif: admin |
Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə Qurban bayramı ilə əlaqədar qeyri-iş günləri ərzində əhalinin və çoxsaylı turistlərin bank xidmətlərindən rahat faydalanması üçün bir sıra bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq. Palatadan “APA-Economics”ə verilən məlumata görə, bayram günləri ərzində valyuta mübadiləsi xidmətlərinə rahat çıxışı təmin etmək məqsədilə paytaxtda və bölgələrdə fəaliyyət göstərən 23 bankın 76 struktur bölməsi müştərilərə xidmət göstərəcək. Bakı şəhərində yerləşən 4 bankın 2 filialı və 2 şöbəsi 24/7 rejimində işləyəcək. Bayram günlərində həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasının işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Leqal.info Geri Qayıt |