Seninem.Az > İqtisadiyyat > Yumurtanın 1 qəpiyə satılmasının səbəbi bilindi – AÇIQLAMA

Yumurtanın 1 qəpiyə satılmasının səbəbi bilindi – AÇIQLAMA


Tarix: Bu gün, 08:49. Müəllif: admin2

“Sosial şəbəkələrdə qiyməti 1 qəpik olan yumurtaların keyfiyyəti ilə bağlı məlumatlar yayılır. Təəssüf ki, Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası rəhbərliyi buna aydınlıq gətirmir. Guya Rusiyadan radiasiyalı yumurta gəlib və s. Azad İstehlakçılar Birliyi kiçik araşdırma aparıb. Mənə belə məlumat gəldi ki, iki böyük yumurta istehsalçısı bir-birilə bazarı bölüşmək, bazarda üstünlük əldə etmək üçün neçə illərdir ciddi ziddiyyətdədirlər. Onlardan biri belə addım atıb”.

Yumurtanın 1 qəpiyə satılmasının səbəbi bilindi – AÇIQLAMA

Bu sözləri Pravda.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Eyyub Hüseynov AQTA-nı tənqid etdi: “Qab yuyulan yerlərdə kirli arvadlar oturub, yağın içində…” Pravda.az

O vurğulayıb ki, biri digərinin “bazarını öldürmək” üçün bazara ucuz yumurta təqdim edib: “Bunu isə hər marketlər şəbəkəsinə deyil, bəzilərinə verib... Düşünürəm ki, bu, əslində düzgün deyil. Təəssüf ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və dövlət qurumları bunu araşdırmırlar. Bu, anormal haldır. Bazardakı vəziyyətdən sui-istifadə edib, eləcə də başqasını müflis etmək üçün edilən yaramaz hərəkətdir”.



E.Hüseynov qeyd edib ki, dövlət orqanları buna cavab verməlidirlər: “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası rəhbəri də çox primitiv, hamının düşünə biləcəyi cavab verdi, lakin bazar prinsiplərinə görə belə hal mümkün deyil. Düşünürəm ki, mənə gələn sonuncu məlumat hamısından üstündür, bu, doğru məlumatdır. Dövlət orqanları susur, sosial şəbəkədə radiasiyalı, sarısı ovulmayan yumurtalardan söhbətlər gedir... İstehlakçı hüquqlarını qoruyan orqan nə üçün susur? Nə üçün məlumat vermir? Vətəndaşlar arasında böyük çaşqınlıqlar var”.



Şəhanə Qədirliскачать dle 10.6фильмы бесплатно
Geri Qayıt