Seninem.Az > İqtisadiyyat / Manşet Yuxarı / Manşet Sağ > 7 min abonentin qaz təchizatında məhdudiyyət yaranacaq
7 min abonentin qaz təchizatında məhdudiyyət yaranacaqTarix: 24-08-2023, 08:29. Müəllif: admin2 |
|
Biləsuvar rayonunda 7 min abonentin qaz təchizatında məhdudiyyət yaranacaq. Xırmandalı qaz paylayıcı stansiyadan Bayraq meydanına qədər diametri 225 mm-lik, uzunluğu 9500 metr, Zəhmətabad kəndinə qədər olan məsafədə diametri 160 mm-lik uzunluğu 300 metr polietilen qaz xətlərinin kipliyə sınaq olunması məqsədilə 25 avqust saat 10:00-dan işlər başa çatana qədər qaz təchizatı dayandırılacaq. Qeyd olunan ərazilərdə yaşayan abonentlərə qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaqları və təhlükəsizlik tədbirlərinə riayət etmələri xahiş edilir. Geri Qayıt |