Seninem.Az > İqtisadiyyat / Manşet Yuxarı / Manşet Sağ > Bu şəxslər 50 yaşından pensiyaya çıxa bilər

Bu şəxslər 50 yaşından pensiyaya çıxa bilər


Tarix: 31-05-2023, 11:17. Müəllif: admin2
Bu şəxslər 50 yaşından pensiyaya çıxa bilər

“Pensiya yaşı mütləq aşağı salınmalıdır”.

Bunu Milli Məclisin keçirilən plenar iclasında deputat Tahir Kərimli təklif edib.

Deputat deyib ki, bir çox ölkədə pensiyaya çıxmaq üçün yaş həddi bizdən aşağıdır:

“Qadınlar 59, kişilər isə 62 yaşında pensiyaya çıxarılsın. Eyni zamanda 3 övladı olanlar 55, 5 övladı olanlar isə 50 yaşdan pensiyaya çıxsınlar”.

Parlamentin plenar iclasında Əmək və Sosial Siyasət komitəsinin sədri Musa Quliyev isə 65 yaşdan yuxarı şəxslərin işdən azad edilməsi ilə bağlı qanuna edilmiş dəyişikliyi doğru hesab etmədiyini deyib.

Deputatlar Türkiyədəki prezident seçkilərinə münasibət bildiriblər.

Bu arada bir müddət əvvəl terrora məruz qalan Fazil Mustafa Milli Məclisin iclasına qatılıb. Deputat bildirib ki, bu cür hadisələr dövlət üçün çalışan insanları qorxutmaq gücündə deyil.

“Bu ünsürlərin zərərsizləşdirilməsi onu göstərir ki, Azərbaycan dövlətinə qarşı bu cür addımlar nəticə verməyəcək”, – deyə Fazil Mustafa vurğulayıb.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt