Seninem.Az > İqtisadiyyat / Manşet Yuxarı / Manşet Sağ > Avtobuslarda gediş haqqı artdı
Avtobuslarda gediş haqqı artdıTarix: 28-04-2023, 10:13. Müəllif: admin2 |
Bakı-Sumqayıt avtobuslarında gediş haqqı artıb. Qeyri-rəsmi çalışan mikroavtobuslar şənbə və bazar günlərində, bayramlarda, həmçinin tıxacın olmadığı saatlarda sərnişinləri 1 manata aparırdılarsa, son həftə ərzində qiyməti 50 qəpik artırıblar. Belə ki, artıq bir neçə gündür, sərnişinlər 1 manat 50 qəpiyə getməli olurlar. Sakinlərin sözlərinə görə, günorta tıxac olmasa da, qiymət endirilmir. Hətta axşamlar 3 manat gedişhaqqı tələb edənlər də olur. Geri Qayıt |