Seninem.Az > İqtisadiyyat / Manşet Yuxarı / Manşet Sağ > Əli Sultanlı direktor TƏYİN OLUNDU

Əli Sultanlı direktor TƏYİN OLUNDU


Tarix: 28-03-2023, 14:14. Müəllif: admin2
Əli Sultanlı direktor TƏYİN OLUNDU

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) departamentlərdən birinə direktor təyin edilib.

Əli Sultanlı Neft kontraktları departamentinin direktoru təyin edilib.

O, bu vəzifənin icrasına 2023-cü ilin martından başlayıb. 2022-ci ilin yanvarından bu departamentdə direktor müavini olmaqla bərabər direktorun vəzifəsini icra edirdi.

Ə.Sultanlı ARNDF-dəki karyerasına 2014-cü ildən başlayıb.

Qeyd edək ki, Ə.Sultanlı 2009-2012-ci illərdə London Royal Hallouey Universitetində biznesin idarə edilməsi və menecmenti ixtisası üzrə bakalavr, 2012-2013-cü illərdə London Kraliça Meri Universitetində bank və maliyyə ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.

Hazırda ARDNF-in strukturunda 12 departament fəaliyyət göstərir.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt