Seninem.Az > İqtisadiyyat / Manşet Yuxarı / Manşet Sağ > Minimum aylıq əməkhaqqı artırıldı: Bu qədər olacaq - SƏRƏNCAM
Minimum aylıq əməkhaqqı artırıldı: Bu qədər olacaq - SƏRƏNCAMTarix: 5-01-2023, 15:27. Müəllif: admin2 |
Azərbaycanda minimum aylıq əməkhaqqı 345 manat müəyyən edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb: "1. Minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. 10 gün müddətində: 2.1.1. əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.1.2. sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 3. “Minimum aylıq əməkhaqqının məbləğinin artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 dekabr tarixli 3051 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1464) 1-ci hissəsi ləğv edilsin. 4. Bu Sərəncamın 1-ci və 3-cü hissələri 2023-cü il yanvarın 1-dən tətbiq edilir". Geri Qayıt |