Seninem.Az > İqtisadiyyat / Manşet Yuxarı / Manşet Sağ > Bakıda maaşlar ARTDI
Bakıda maaşlar ARTDITarix: 30-11-2022, 11:44. Müəllif: admin2 |
![]() Bu ilin yanvar-sentyabr aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 065,5 manat təşkil edib. Bu barədə Bakı şəhər Statistika İdarəsi məlumat verib. Bildirilir ki, bu, 2021-ci ilin müvafiq dövrünə nisbətən 13,5 % çoxdur. Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,4 % artaraq 827,4 manat təşkil edib. Geri Qayıt |