Seninem.Az > İqtisadiyyat / Manşet Yuxarı > Cavid Qurbanov: “Xankəndiyə dəmir yolu xəttinin çəkilməsi planlaşdırılır”
Cavid Qurbanov: “Xankəndiyə dəmir yolu xəttinin çəkilməsi planlaşdırılır”Tarix: 12-12-2021, 12:30. Müəllif: admin |
“Bərdədən Ağdama dəmir yolu xəttinin bərpası başa çatdıqdan sonra Xankəndiyə də dəmir yolu xəttinin çəkilməsi planlaşdırılır”. "Leqal.info" “Report” a istinadən xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib. O, Şuşaya dəmir yolu xəttinin çəkilməsi barədə də danışıb: “Bu istiqamətdə layihələndirmə işləri gedir, amma tikinti işlərinə nə vaxt başlanılacağını deyə bilmərəm. Qərar verilsə, ondan sonra işlərə başlanılacaq". Geri Qayıt |