Seninem.Az > İqtisadiyyat / Manşet Yuxarı > Azərbaycan nefti bahalaşır
Azərbaycan nefti bahalaşırTarix: 12-01-2021, 17:29. Müəllif: admin |
Dünya bazarında “Azeri Light” markalı neftin qiyməti bahalaşıb. Leqal.info-nun məlumatına görə, Azərbaycan neftinin 1 barrelə olan qiyməti 1,88% bahalaşaraq 59,01 dollar təşkil edib. Qeyd edək ki, bir sıra mütəxəssislər neft qiymətlərinin 2021-ci ildə əvvəlki səviyyəsinə geri dönəcəyinə dair nikbin proqnozlar veriblər. Mütəxəssislərin fikrincə koronavirus peyvəndi ilə bağlı müsbət inkişaf və OPEC-in istehsal məhdudiyyətini uzatmağa çalışması ilə neft qiymətlərinin 2021-ci ildə yenidən yüksələcəyi gözlənilir. Geri Qayıt |