Seninem.Az > İqtisadiyyat / Manşet Yuxarı > Neft bahalaşır
Neft bahalaşırTarix: 23-11-2020, 14:13. Müəllif: admin |
Dünya bazarında “qara qızıl”ın qiyməti bahalaşmağa davam edir. Leqal.info xəbər verir ki, Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti 2,14% bahalaşaraq bir barrelə görə 45,92 dollar olub. WTI markalı neftin fyuçerslərinin qiyməti isə 1,86% artaraq bir barrelə görə 43,21 dollara yüksəlib. Qeyd edək ki, bir sıra mütəxəssislər neft qiymətlərinin 2021-ci ildə əvvəlki səviyyəsinə geri dönəcəyinə dair nikbin proqnozlar veriblər. Mütəxəssislərin fikrincə koronavirus peyvəndi ilə bağlı müsbət inkişaf və OPEC-in istehsal məhdudiyyətini uzatmağa çalışması ilə neft qiymətlərinin 2021-ci ildə yenidən yüksələcəyi gözlənilir. Geri Qayıt |