Seninem.Az > İqtisadiyyat / Manşet Yuxarı > Bərdədə tapılan heyvan leşləri ilə bağlı araşdırma başlayıb

Bərdədə tapılan heyvan leşləri ilə bağlı araşdırma başlayıb


Tarix: 31-05-2020, 17:16. Müəllif: admin
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Bərdə rayonunda suvarma üçün nəzərdə tutulan Qarabağ kanalında aşkarlanan 20-yə yaxın ölmüş heyvanın cəmdəyi ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə "Leqal.info"ya Agentlikdən məlumat verilib.

Qeyd olunub ki, məsələ ilə bağlı məlumat daxil olduqdan dərhal sonra AQTA əməkdaşları araşdırmalara başlayıb: "Hazırda müvafiq qurumlarla birgə hadisənin başvermə səbəbləri və digər istiqamətlərdə araşdırmalar aparılır. Araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək".скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt