Seninem.Az > İqtisadiyyat / Manşet Yuxarı > “Ötən il BTQ ilə yükdaşımalar 42% artıb”
“Ötən il BTQ ilə yükdaşımalar 42% artıb”Tarix: 16-01-2020, 13:31. Müəllif: admin |
"2019-cu ildə Azərbaycanda dəmir yolu ilə yükdaşımalar 2018-ci ilə nisbətən 9,1% artıb". “Leqal.info” “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir ki, bu barədə qurumun sədri Cavid Qurbanov kollegiya iclasında məlumat verib. Onun sözlərinə görə, bu artım məhz qeyri-neft məhsullarının daşınması hesabına əldə olunub. “Belə ki, hesabat ili ərzində qeyri-neft yüklərin tranzit daşımalarında ötən il ilə müqayisədə 39,2% artım müşahidə olunub. Tranzit rejimdə daşınmış yüklərin ümumi artım faizi isə 24,7% olub”, - C.Qurbanov qeyd edib. Ölkəmizin beynəlxalq nəqliyyat layihələrində iştirakından danışan Cavid Qurbanov Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin əhəmiyyətinə diqqət çəkib. O, qeyd edib ki, bu istiqamətdə yük daşımalarında artım 42%-ə çatıb. Ölkəmizin tranzit nəqliyyat qovşağına çevrilməsində mühüm rol oynayan layihələrdən biri olan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Astara terminalı vasitəsilə daşınan yükün həcmi ötən dövrlə müqayisədə 38% artıb. Geri Qayıt |