allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Mikayıl Cabbarov Türkiyə səfiri ilə görüşdü - FOTO » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Mikayıl Cabbarov Türkiyə səfiri ilə görüşdü - FOTO

Mikayıl Cabbarov Türkiyə səfiri ilə görüşdü - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda diplomatik fəaliyyətə başlayan Türkiyənin fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı ilə görüşüb.

Nazirlikdən Oxu.Az-a verilən məlumata əsasən, Mikayıl Cabbarov səfiri yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, Azərbaycanda fəaliyyətinin ikitərəfli əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.

Vurğulanıb ki, dövlət başçılarının siyasi iradəsi, dostluq-qardaşlıq münasibətləri və verdikləri tapşırıqların icrası əməkdaşlığın inkişafında mühüm rol oynayır, Azərbaycan-Türkiyə əlaqələri yüksələn xətlə inkişaf edir. 44 günlük Vətən müharibəsi zamanı qardaş Türkiyənin güclü siyasi və mənəvi dəstəyi ölkələrimizin daim bir-birinin yanında olmasına bariz nümunədir.

İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafından danışan iqtisadiyyat naziri diqqətə çatdırıb ki, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərinin sayı artır, ölkələrimiz arasında uğurlu investisiya əməkdaşlığı həyata keçirilir.

Əlavə edilib ki, Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanmış Preferensial Ticarət Sazişi ikitərəfli ticarət əlaqələrinin genişlənməsinə əlavə stimul verəcək.

Azərbaycan və Türkiyə arasında nəqliyyat-tranzit, enerji, rəqəmsal iqtisadiyyat, kiçik və orta sahibkarlıq, turizm, humanitar və s. sahələrdə tərəfdaşlığın gücləndirilməsi potensialı böyükdür.

Görüşdə həmçinin, işğaldan azad olunmuş ərazilərimizin bərpasında, quruculuq işlərinin həyata keçirilməsində Türkiyə şirkətlərinin iştirak imkanları, Azərbaycanın bu prosesdə Türkiyə şirkətlərini dəstəklədiyi diqqətə çatdırılıb.

Azərbaycanda diplomatik fəaliyyətə başlamağından məmnunluğunu ifadə edən Cahit Bağcı ölkələrimizin qarşılıqlı dostluq və qardaşlıq münasibətlərini, strateji müttəfiqliyini vurğulayıb, diplomatik fəaliyyəti dövründə iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsinə səy göstərəcəyini bildirib.

Tərəflər əməkdaşlığın inkişafı istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.
15:34
Baxıs: 10560
Reyting: