Azərbaycanda daha 588 nəfər koronavirusa yoluxub, 15 nəfər ölüb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 588 yeni yoluxma faktı qeydə alınıb, 1 185 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 788 525 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 772 715 nəfər müalicə olunaraq sağalıb, 9 488 nəfər vəfat edib. 6 322 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 829, bu günə qədər isə ümumilikdə 6 585 992 test icra olunub. |
XƏBƏR LENTİ
Dünən, 09:46
Dünən, 09:46
Dünən, 09:46
Dünən, 09:46
Dünən, 09:46
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57