Azərbaycanda daha 1072 nəfər koronavirusa yoluxub, 26 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1072 yeni yoluxma faktı qeydə alınıb, 1229 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 26 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 561 925 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 523 660 nəfər müalicə olunaraq sağalıb, 7 471 nəfər vəfat edib. 30 794 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 803, bu günə qədər isə ümumilikdə 5 367 119 test icra olunub.скачать dle 10.6фильмы бесплатно
15-11-2021, 20:30
Baxıs: 33 116
Reyting: