Suraxanıda şəhidlərin xatirəsinə bulaq-abidə kompleksi inşa edilib

Oktyabrın 30-da Vətən müharibəsinin şəhidləri Qasımlı Muxtar Əli oğlu və Qəhrəmanov Orxan Sərvər oğlunun adlarının əbədiləşdirilməsi məqsədilə onların əziz xatirəsinə Qaraçuxur qəsəbəsində inşa edilmiş bulaq – abidə kompleksinin açılış mərasimi keçirilib.

"Leqal.info" xəbər verir ki, mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, rayonun digər qurumlarının rəhbərləri, şəhid ailələri və qazilər, şəhidin doğmaları və yaxınları iştirak ediblər.

Suraxanı RİH başçısı Əziz Əzizov mərasimdə çıxış edərək bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Böyük Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının igidliyini və əyilməz ruhunu nümayiş etdirdi. Düşmənin təxribatı nəticəsində sentyabrın 27-dən etibarən başlayan “Dəmir yumruq” əməliyyatı Azərbaycanın hərbi qüdrətini, yüksək döyüş bacarığını nümayiş etdirərək Ermənistan silahlı qüvvələrini diz çökdürdü. Müzəffər ordumuzun müharibədə gücünü və peşəkarlığını görmək hamımıza nəsib oldu. Vətən müharibəsində qazanılan zəfərimizdə, alınan torpaqlarımızın hər qarışında neçə-neçə şəhidimizin qanının, hər birinin fərqli qəhrəmanlıq səlnaməsi var. Lakin müharibə itkisiz, şəhidsiz olmur və bu müharibə də şəhidlərimizin qanı, qazilərimizin canı bahasına əldə edildi. Şəhidlərimizin ailə üzvlərinə dərin hüznlə başsağlığı verən RİH başçısı Əziz Əzizov Qasımlı Muxtar və Qəhrəmanov Orxan timsalında bütün Şəhidlərimizə Allahdan rəhmət diləyib.

Həmçinin, tədbirdə Şəhidlərimiz Muxtar Qasımlının və Orxan Qəhrəmanovun təhsil aldıqları 104, 141 və 318 №li tam orta məktəblərin müəllim və şagird kollektivləri iştirak edərək şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

Şəhidimiz Muxtar Qasımlı ölümündən sonra “Vətən uğrunda”, Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Füzulinin azad olunmasına görə”, medalları ilə təltif edilib.

Şəhidimiz Orxan Qəhrəmanov isə ölümündən sonra “Vətən uğrunda”, Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Suraxanıda şəhidlərin xatirəsinə bulaq-abidə kompleksi inşa edilib
Suraxanıda şəhidlərin xatirəsinə bulaq-abidə kompleksi inşa edilib
Suraxanıda şəhidlərin xatirəsinə bulaq-abidə kompleksi inşa edilib
Suraxanıda şəhidlərin xatirəsinə bulaq-abidə kompleksi inşa edilib
Suraxanıda şəhidlərin xatirəsinə bulaq-abidə kompleksi inşa edilib
Suraxanıda şəhidlərin xatirəsinə bulaq-abidə kompleksi inşa edilibскачать dle 10.6фильмы бесплатно
30-10-2021, 18:03
Baxıs: 32 514
Reyting: