“Paşinyan “İskəndər”lə bağlı qalmaqaldan sonra üzr istəməli idi”

“Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının hökumətin istefası ilə bağlı bəyanatı ordunun gücləndirilməsinə və bərpasına sistem səviyyəsində mane olan hökumətə etiraz harayı idi”.

Leqal.info xəbər verir ki, bu barədə Ermənistanın keçmiş Prezidenti Robert Koçaryan Rusiya mətbuatı üçün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, “İskəndər”lə bağlı yaşanan qalmaqallı hadisələrdən sonra Baş nazir Nikol Paşinyan Baş Qərargahdan və şəxsən general Tiran Xaçatryandan üzr istəməli idi.

Qarabağdakı məğlubiyyəti şərh edən Koçaryan səbəblərdən birinin orduya davamlı hücumlar olduğunu vurğulayıb: “Üç ildir orduya və generallara hücumlar mütəmadi olaraq təkrarlanır. Bu, müharibədəki məğlubiyyətin səbəblərindən biridir. Güc proqnozlaşdırıla bilən və başa düşülən olmalıdır. Ölkəni belə bir rejimdə idarə etmək mümkün deyil. Baş Qərargahla yaşanan hadisə, ölkədəki məyusedici vəziyyəti göstərir”.

Silahlı Qüvvələr Baş Qərargahının rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi məsələsinə toxunan Koçaryan, hazırki Prezident Armen Sarkisyanın Konstitusiya çərçivəsində üç seçimi olduğunu bildirib.

“Birinci seçim - razılaşır, ikincisi - fərmanı imzalamır, amma qüvvəyə minir, üçüncüsü - hüquqi sahədə bir həll tapmağa çalışır”,- deyə eks-Prezident qeyd edib.

İlk iki seçim Baş nazirlə razılaşmaq deməkdir. Koçaryan hesab edir ki, Prezident qararın tərəfdarı olub-olmadığına qərar verməlidir. Belə ki, onun qəti mövqeyini ifadə etməsinə heç nə mane olmur.

Xatırladaq ki, fevralın 25-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Buna cavab olaraq Paşinyan çevriliş cəhdini bəyan edib və Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad olunması barədə qərar imzalayaraq, onu Prezident Armen Sarkisyana göndərib.

Sarkisyan isə öz konstitusiya səlahiyyətləri çərçivəsində Qasparyanın vəzifəsindən azad edilməsi haqqında qərarı hökumət rəhbərinə geri qaytarıb.

Daha sonra Paşinyan Qasparyanın vəzifədən azad edilməsi barədə Prezidentə təkrar müraciət ünvanlayıb.скачать dle 10.6фильмы бесплатно
4-03-2021, 13:54
Baxıs: 43 375
Reyting: