Ağsu aşırımı buzlayıb, hərəkət dayanıb

Ölkədə yağan güclü qar nəticəsində yolların buzlaşmasına görə Ağsu aşırımında hərəkət dayanıb.

Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü, polis mayoru Namidan Piriyev Leqal.info-ya bildirib ki, kəskin hava şəraitinə görə həmin yol buzlaşıb və sürücülər bu yola daxil ola bilmir: “Aşırıma giriş qadağan edilməyib, lakin istifadə etmək mümkün olmadığı üçün yolda hərəkət yoxdur. Həmçinin, Bakı-Quba-Rusiya yolunun 130-cu kilometrliyindən başlayaraq Gəncob-Yalama yolu 204-cü kilometrədək yol buzlaşıb”.

BDYPİ sürücülərə müraciət edərək Ağsu aşırımından istifadə etməməyi tövsiyə edib, digər yollarda isə mümkün qədər diqqətli olmağa çağırıb.скачать dle 10.6фильмы бесплатно
24-02-2021, 14:21
Baxıs: 39 617
Reyting: