İngiltərədə peyvəndlənmə gələn həftə başlaya bilər

İngiltərə səhiyyə naziri Mettyu Henkok ölkədə koronavirusa qarşı peyvəndlənmənin gələn həftədən etibarən başlaya biləcəyini açıqlayıb.

Leqal.info xəbər verir ki, o, bu barədə öz tvitter hesabında açıqlama verib.

“Kömək yoldadır. Dərmanlar və Səhiyyə Məhsulları Tənzimləmə Agentliyi (MHRA) rəsmi olaraq “Pfizer” və “BioNTech”in “COVID-19” peyvəndini təsdiqləyib.

Milli Səhiyyə Xidməti (NHS) gələn həftədən etibarən peyvəndlənməyə başlamağa hazırdır. İngiltərə koronavirusa qarşı peyvəndi klinik olaraq tədarük üçün təsdiqləyən ilk ölkədir”,- deyə nazir qeyd edib.скачать dle 10.6фильмы бесплатно
2-12-2020, 12:17
Baxıs: 38 848
Reyting: