Seninem.Az > İdman / Manşet Yuxarı > UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk matçları start götürür
UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk matçları start götürürTarix: 9-07-2019, 08:04. Müəllif: admin |
Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start veriləcək. “Leqal.info” xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma təşkil olunacaq. “Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçukun rəhbərlik etdiyi Qazaxıstan “Astana”sı Rumıniya təmsilçisi ÇFR-i qəbul edəcək. Çempionlar Liqası I təsnifat mərhələsi, ilk oyunlar 9 iyul 17:00. “Astana” (Qazaxıstan) – ÇFR (Kluj, Rumıniya) 18:00. “Ararat” (Ermənistan) - AIK (İsveç) 20:00. HİK (Finlandiya) – “HB Torshavn” (Farer adaları) 20:00. “Nımme Kalyu” (Estoniya) – “Şkendiya” (Makedoniya) 21:45. “Sarayevo” (Bosniya və Herseqovina) – “Seltik” (Şotlandiya) 22:00. “Düdelanj” (Lüksemburq) – “Valletta” (Malta) 22:00. “Suduva” (Litva) – “Srvena Zvezda” (Serbiya) 22:00. TNS (Uels) – “Ferronikeli” (Kosovo) Qeyd edək ki, Azərbaycan çempionu “Qarabağ” I təsnifat mərhələsində Albaniya “Partizani”si ilə ilk oyununu iyulun 10-da səfərdə keçirəcək. Matç Bakı vaxtı ilə saat 19:30-da başlayacaq və “CBC Sport”la canlı yayımlanacaq. Geri Qayıt |