Seninem.Az > İdman / Manşet Yuxarı > Premyer Liqa: "Qarabağ" - "Neftçi" oyunu 1:1 hesablı heç-heçə ilə başa çatdı
Premyer Liqa: "Qarabağ" - "Neftçi" oyunu 1:1 hesablı heç-heçə ilə başa çatdıTarix: 3-02-2019, 20:48. Müəllif: admin |
|
İlk xəbər saat 19:38-də yayımlanıb Bu gün Azərbaycan Premyer Liqasında XV turun mərkəzi oyunu keçirilir. Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" klubu "Neftçi"ni qəbul edir. Oyunun ilk dəqiqələri meydan sahibi oyuna fəal başlayaraq 6-cı dəqiqədə D.Kintananın qolu ilə hesabı aça bilib - 1:0. Birinci hissənin 30-cu dəqiqəsində M.Mbodj hesabl bərabərləşdirməyə nail olub - 1:1. Beləliklə, ilk hissə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Oyunun 71-ci dəqiqəsində qonaqların oyunçusu A.Krivotsyuk "qırmızı" vərəqə (ikinci "sarı" vərəqə)alaraq komandasını azlıqda qoyub. Matçın 90+2-ci dəqiqəsində meydan sahibinin oyunçusu Q.Qarayev də "qırmızı" vərəqə (ikinci "sarı" vərəqə) alaraq meydanda qovulub. İkinci hissədə qapılara qol vurulmayıb və oyun 1:1 hesabı ilə başa çatıb. Geri Qayıt |