Seninem.Az > İdman / Manşet Sağ > PREZİDENT İLHAM ƏLİYEV CÜDO ÜZRƏ DÜNYA ÇEMPİONATINDA FİNAL GÖRÜŞÜNƏ BAXIB

PREZİDENT İLHAM ƏLİYEV CÜDO ÜZRƏ DÜNYA ÇEMPİONATINDA FİNAL GÖRÜŞÜNƏ BAXIB


Tarix: 26-09-2018, 19:00. Müəllif: admin
Bakıda cüdo üzrə dünya çempionatı davam edir.

Leqal.info "Report"-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer sentyabrın 26-da Milli Gimnastika Arenasında keçirilən yarışları izləyiblər.

Çempionatın yeddinci günündə də yarışlar gərgin idman mübarizəsi şəraitində keçib. Cüdoçularımızdan yalnız 100 kiloqramdan yuxarı çəki dərəcəsində Uşanqi Kokauri finala qədər addımlaya bilib. Uşanqi Kokauri belaruslu Vladislav Tsiarpitskiyə, Polşa idmançısı Masiey Sarnackiyə, çexiyalı Lukas Krpalekə və özbəkistanlı Bekmurod Oltıboevə qalib gələrək finala yüksəlib. Həlledici görüşdə gürcüstanlı Quram Tuşişviliyə məğlub olan cüdoçumuz gümüş medalla kifayətlənib.

2016-cı ildə Avropa kubokunun qalibi olan Uşanqi Kokauri həmin il Kazanda keçirilən Avropa çempionatının bürünc medalını qazanıb.

Qeyd edək ki, 125 ölkənin iştirak etdiyi cüdo üzrə dünya çempionatında 460 kişi və 298 qadın idmançı mübarizə aparır.

*** 17:23

Sentyabrın 26-da Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan idmançısı Uşanqi Kokauri finala yüksəlib.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Milli Gimnastika Arenasında dünya çempionatının yarımfinalına baxıblar.

Yüz kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Uşanqi Kokauri yarımfinalda Özbəkistan idmançısı Bekmurod Oltıboevə qalib gələrək finala yüksəlib. Həlledici görüşdə cüdoçumuz gürcüstanlı Quram Tuşişvili ilə qarşılaşacaq.

Qeyd edək ki, 2016-cı ildə Avropa kubokunun qalibi olan Uşanqi Kokauri həmin il Kazanda keçirilən Avropa çempionatının bürünc medalını qazanıb.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt