Seninem.Az > İdman / Manşet Yuxarı > AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı pul yeyintisində hallanıb

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı pul yeyintisində hallanıb


Tarix: 15-09-2018, 12:55. Müəllif: admin
AFFA-nın Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsi birləşdirilib və yeni quruma sabiq FIFA referisi Fritz Stuxlik sədr təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, avstriyalı 1994-2009-cu illərdə FIFA dərəcəli hakim olub. Sabiq referi Vyana Futbol Federasiyasında gənc hakimlərin təlim-tədrisi ilə məşğul olub. Stuxlik 2010-cu ildən FİFA/UEFA hakim-inspektorudur. UEFA Konvensiya meneceri, FİFA/UEFA RAP (Hakimlərə Dəstək Proqramı) təlimatçısı olan avstriyalı həmçinin, Avstriya Futbol Federasiyasında katib vəzifəsində çalışıb. Bu ilin mart ayında qarşılıqlı razılıq əsasında federasiyadakı vəzifəsindən ayrılıb.

Stuxlik barədə araşdırmalarımızda onunla bağlı Avstriya mətbuatında heç də xoş olmayan məlumatlara rast gəldik. Onun federasiyadakı işi tənqid edilib. Stuxlik Avstriya kimi futbol ölkəsində hakim yetişdirməməkdə tənqid hədəfinə tuş gəlib. Bundan əlavə, o, 1 milyonluq büdcəni şəffaf şəkildə idarə etməməkdə günahlandırılıb.

Qeyd edilib ki, Stuxlik 1 milyonluq büdcəni tar-mar edib.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt