Seninem.Az > İdman / Manşet Yuxarı > Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib

Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib


Tarix: 15-02-2018, 02:46. Müəllif: admin
Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində daha iki qarşılaşma keçirilib.

Apasport.az saytının məlumatına görə, növbəti matçlar İspaniya və Portuqaliyada baş tutub.

Turnirin son qalibi və Çempionlar Liqasının kubokunu ən çox (12 dəfə) qazanmış “Real” PSJ ilə münasibətlərinə aydınlıq gətirib. Cari mövsümü qeyri-stabil keçirən və La Liqada 4-cü pillədə qərarlaşan madridlilər bütün diqqəti ÇL-ə yönəltdiklərini bir daha isbatlayıblar. Qarşılıqlı hücumlar şəraitində keçən görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Real"ın heyətində Kriştianu Ronaldo dubl etdiyi halda, digər qola Marselo imza atıb. PSJ-nin qolunun müəllifi isə Adrien Rabio olub.

Günün digər matçında “Porto” və “Liverpul” üz-üzə gəlib. Qonaqlar rəqibə göz açmağa imkan verməyiblər. 5:0 hesablı qələbə qazanan "Liverpul" növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin edib.

Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

“Real” (Madrid, İspaniya) – PSJ (Fransa) - 3:1


Qollar: Ronaldo, 45 (pen.), 83; Marselo, 86 - Rabio, 33

"Porto” (Portuqaliya) – “Liverpul” (İngiltərə) - 0:5

Qollar: Mane, 25, 53, 85; Salah, 29; Firmino, 70скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt